Bank Of Baku

AGBI indeksi 1,0232, ACBDI indeksi isə 1,0000 təşkil edib

AGBI indeksi 1,0232, ACBDI indeksi isə 1,0000 təşkil edib
# 04 noyabr 2009 07:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0231 bənd və ya 2,31% artaraq 2009-cu ilin noyabr ayının 4-nə 1,0232 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə dəyişməyib və 1,0000 təşkil edib.

Noyabrın 3-də 3,002 mln. manatlıq dövlət istiqrazları emissiyası yerləşdirilib ki, bu da bazar kapitallaşmasının artmasına və bununla AGBI indeksinin artmasına səbəb olub.

ACBDI indeksinin sabit qalması noyabrın 3-də notlar üzrə ilkin bazarda heç bir əməliyyatın keçirilməməsi səbəbindən müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR