Bank Of Baku

Neftin bahalaşması davam edir

Neftin bahalaşması davam edir
# 05 noyabr 2009 06:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Noyabrın 4-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 0,80 dollar və ya 1% artaraq 1 barelə görə 80,40 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, noyabrın 4-də ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,78 dollar artaraq 78,89 dollar təşkil edib.

Neftin bahalaşmasına əsas səbəb ABŞ-da neft ehtiyatlarının azalması olub. Belə ki, ABŞ-ın Energetika Nazirliyinin məlumatına görə, ötən həftə xam neft ehtiyatları 4 mln. barel azalaraq 335,9 mln. barelə, benzin ehtiyatları 300 min barel azalaraq 208,3 mln. barelə, mazut və dizel yanacağı ehtiyatları 400 min barel azalaraq 167,4 mln. barelə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR