Bank Of Baku

Dünya bazarında qızılın qiyməti yeni rekord müəyyənləşdirib

Dünya bazarında qızılın qiyməti yeni rekord müəyyənləşdirib
# 05 noyabr 2009 07:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 4-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 9 802 bəndədək, S&P 500 0,1% - 1 047 bəndədək, Nasdaq isə 0,1% - 2 056 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın Federal Ehtiyat Sistemi tərəfindən iqtisadiyyatın bərpasının başlanması və bu prosesin dəstəklənməsinin vacibliyini vurğulayaraq faiz dərəcələrini dəyişməz saxlaması, məşğulluq bazarından müsbət xəbərlər, daşınmaz əmlak bazarında canlanmanın əlamətləri və bir sıra korporativ xəbərlər kotirovkaların yüksəlməsinə təsir göstərib.

Avropa fond bazarına noyabrın 4-də FTSE 100 indeksi 1,6% - 5 119 bəndədək, Fransa CAC-0-ı 2,6% - 3 677 bəndədək, Almaniya DAX-ı isə 2% - 5 459 bəndədək yüksəlib. Avropa fond bazarı investorlarına müsbət təsir edən amillərdən biri kimi «Societe Generale»in mənfəətin iki dəfə artması barədə hesabatını qeyd etmək olar. Nəticədə, «Societe Generale»in səhmləri 5% bahalaşıb və bu, digər maliyyə qurumlarının kotirovkaların yüksəlməsinə səbəb olub.

Noyabrın 4-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% artaraq 1 092,1 dollara bərabər olub və bununla tarixi maksimumu yenidən təzələyib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4836 (+0,81%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR