Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi isə 1,0000 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi isə 1,0000 təşkil edib
# 05 noyabr 2009 07:59 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0231 bənd və ya 2,26% azalaraq 2009-cu ilin noyabr ayının 5-nə 1,0001 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə 0,0004 bənd və ya 0,04% azalaraq 0,9996 təşkil edib.

Noyabrın 4-də 3 mln. manatlıq not emissiyası yerləşdirilib və 3 mln. manatlıq bir buraxılış dövriyyədən çıxarılıb ki, bu da bazar kapitallaşmasını dəyişməz saxlayıb. Lakin cari qiymətləri nəzərə alaraq, bu yerləşdirmə və ödəniş ACBDI indeksinin azalmasına səbəb olub.

AGBI indeksinin azalması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR