Bank Of Baku

Dow Jones indeksi 2,1%, S&P 500 1,9%, Nasdaq isə 2,4% yüksəlib

Dow Jones indeksi 2,1%, S&P 500 1,9%, Nasdaq isə 2,4% yüksəlib
# 06 noyabr 2009 06:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 5-də Amerika fond bazarında Dow Jones indeksi 2,1% - 10 006 bəndədək, S&P 500 1,9% - 1 067 bəndədək, Nasdaq isə 2,4% - 2 105 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarına əsas müsbət təsir ölkədə işsizlik üzrə ilkin müraciətlərin sayının ötən həftə 530 mindən 512 minədək azalması barədə məlumatlar edib.
Avropa fond bazarında noyabrın 5-də FTSE 100 indeksi 0,5% - 5 132 bəndədək, Fransa CAC-0-ı 1% - 3 707 bəndədək, Almaniya DAX-ı isə 0,7% - 5 483 bəndədək yüksəlib. ABŞ-ın məşğulluq bazarından müsbət xəbərlər Avropa bazarına da təsir edib. Bundan əlavə İngiltərə Bankı tərəfindən uçot dərəcəsinin 0,5%-lik səviyyəsində, Avropa Mərkəzi Bankı tərəfindən isə 1%-lik səviyyəsində saxlamasını da investorlar müsbət qarşılayıblar. Əlavə olaraq İngiltərə Bankın aktivlərin geri alınması proqramının daha 25 mlrd. funt artıraraq 200 mlrd. funta qədər çatdırılması barədə qərar da bazar iştirakçıların diqqətindən yayılmayıb.
Noyabrın 5-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% azalaraq 1 089,3 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4876 (+0,27%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR