Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,2%, Nasdaq isə 0,3% yüksəlib

Dow Jones indeksi 0,2%, S&P 500 0,2%, Nasdaq isə 0,3% yüksəlib
# 09 noyabr 2009 07:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 6-da Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 10 023 bəndədək, S&P 500 0,2% - 1 069 bəndədək, Nasdaq isə 0,3% - 2 112 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-da işsizlik səviyyəsinin 10,2%-ə, yəni 1983-cü ildən sonra ən yüksək göstəriciyə çatmasına baxmayaraq, bir sıra müsbət korporativ xəbərlər nəticəsində bazarda müəyyən tarazlıq yaranıb.

Avropa fond bazarında noyabrın 6-da FTSE 100 indeksi 0,3% - 5 143 bəndədək yüksəlib, Fransa CAC-0-ı 0,04% - 3 707 bəndədək enib, Almaniya DAX-ı isə 0,1% - 5 488 bəndədək yüksəlib. Avropa bazarlarında «BG Group», BP, «Royal Dutch Shell» və «Total»in səhmləri 1,5-2,2%, «Antofagasta», «BHP Billiton», «Eurasian Natural Resources», «Rio Tinto» və «Xstrata»nın səhmləri 0,7-1,9% ucuzlaşıb.

Noyabrın 6-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% artaraq 1 095,7 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4940 (+0,43%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR