Bank Of Baku

Neft yenidən bahalaşıb

Neft yenidən bahalaşıb
# 10 noyabr 2009 06:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Noyabrın 7-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 2,00 dollar və ya 2,6% artaraq 1 barelə görə 79,43 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, noyabrın 7-də ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,90 dollar artaraq 77,77 dollar təşkil edib.

Neftin bahalaşmasının iki əsas səbəbi olub. İlk növbədə dolların zəifləməsinin davam etməsi, digər tərəfdən isə «İda» qasırğası nəticəsində Meksika körfəzində hasilat obyektlərinə ziyan dəyəcəyi ilə bağlı ehtimallar neft bazarının treyderlərinə mənfi təsir göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR