Bank Of Baku

Dow Jones indeksi illik maksimuma çatıb

Dow Jones indeksi illik maksimuma çatıb
# 10 noyabr 2009 07:11 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 7-də Amerika fond bazarında Dow Jones indeksi 2% - 10 227 bəndədək, S&P 500 2,2% - 1 093 bəndədək, Nasdaq isə 2% - 2 154 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, beləliklə, Dow Jones indeksi 13 aylıq maksimuma çatıb.

ABŞ fond bazarlarına əsas müsbət təsir edən amil kimi G-20 ölkələri maliyyə nazirlərinin keçirilmiş görüşünün nəticələrini qeyd etmək olar. Xatırladaq ki, dünyanın ən iri ölkələrinin maliyyə nazirləri iqtisadiyyatın stimullaşdırılmasının davam etdirilməsinə dair razılığa gəliblər. Görüşün yekununda qəbul edilmiş sənəddə deyilir ki, böhrana qarşı koordinasiya olunmuş tədbirlər nəticəsində iqtisadi və maliyyə şəraiti artıq yaxşılaşıb, lakin bərpa hələ də dayanıqlı deyil və stimullaşdırıcı tədbirlərin davam etdirilməsindən asılıdır.

G-20 maliyyə nazirlərinin mövqeyi Avropa fond bazarına da müsbət təsir edib. Belə ki, noyabrın 7-də FTSE 100 indeksi 1,8% - 5 235 bəndədək, Fransa CAC-0-ı 2,1% - 3 786 bəndədək, Almaniya DAX-ı isə 2,4% - 5 620 bəndədək yüksəlib. Avropa bazarlarında «Barclays», HSBC, «UniCredit», «BNP Paribas», «Banco Santander», «Credit Suisse», «Deutsche Bank» və «Societe Generale» banklarının səhmləri 1,2-5,3% bahalaşıb.

Noyabrın 7-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% artaraq 1 101,4 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4980 (+0,27%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR