Bank Of Baku

Bu gün BFB-da 10500224S seriyalı 15,295 mln. manatlıq GDİ emissiyası yerləşdirilib

Bu gün BFB-da 10500224S seriyalı 15,295 mln. manatlıq GDİ emissiyası yerləşdirilib
# 10 noyabr 2009 14:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10500224S seriyalı dövlət qeydiyyatından keçmiş geri çağırılmaq hüququna malik olan birillik dövlət istiqrazlarının (GDİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 4 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 15,295 mln. manat (emissiya – 25 mln. manat) təşkil edib. Sifarişlər 100,00% (gəlirlik 5,00%) qiyməti ilə təqdim olunub. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 15,295 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu GDİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2010-cu ilin noyabrın 9-da icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR