Bank Of Baku

Neftin qiyməti 79 dollara düşüb

Neftin qiyməti 79 dollara düşüb
# 11 noyabr 2009 07:26 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Noyabrın 10-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 0,38 dollar və ya 0,5% azalaraq 1 barelə görə 79,05 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, noyabrın 10-da ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,27 dollar azalaraq 77,50 dollar təşkil edib.

Neftin ucuzlaşmasının əsas səbəbi kimi Avropa və ardınca ABŞ fond bazarlarında indekslərin enməsini qeyd etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR