Bank Of Baku

Dow Jones indeksi 0,2% yüksəlib, S&P 500 0,1%, Nasdaq isə 0,1% enib

Dow Jones indeksi 0,2% yüksəlib, S&P 500 0,1%, Nasdaq isə 0,1% enib
# 11 noyabr 2009 07:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 10-da Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 10 248 bəndədək yüksəlib, S&P 500 0,1% - 1 093 bəndədək, Nasdaq isə 0,1% - 2 151 bəndədək enib. «APA-Economics»in məlumatına görə, noyabrın 10-da ABŞ-ın fond indekslərinin dinamikasına korporativ xəbərlər və əvvəlki gün müşahidə olunmuş kotirovkaların yüksəlməsindən sonra investorlar tərəfindən satışın üstünlüktəşkil etməsi təsir edib.

Avropa fond bazarlarında noyabrın 10-da FTSE 100 indeksi 0,1% - 5 231 bəndədək enib, Fransa CAC-0-ı dəyişməyib və 3 786 bənd təşkil edib, Almaniya DAX-ı isə 0,1% - 5 613 bəndədək enib. ABŞ fond bazarına təsir edən amillər həmçinin Avropa fond bazarlarında müşahidə olunub. Belə ki, burada iri şirkətlərin hesabat və xəbərləri və səhmlərin təklifi üstünlük təşkil edib və bu kotirovkaların dinamikasını müəyyən edib.

Noyabrın 10-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% artaraq 1 108,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4985 (+0,03%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR