Bank Of Baku

AGBI indeksi 0,9874, ACBDI indeksi isə 1,0000 təşkil edib

AGBI indeksi 0,9874, ACBDI indeksi isə 1,0000 təşkil edib
# 11 noyabr 2009 07:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0127 bənd və ya 1,27% azalaraq 2009-cu ilin noyabr ayının 11-nə 0,9874 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə dəyişməyib 1,0000 təşkil edib.

Noyabrın 10-da məcmu həcmi 16,257 mln. manat olan iki dövlət istiqrazı buraxılışı dövriyyədən çıxarılıb və 15,295 mln. manatlıq bir emissiya yerləşdirilib. Nəticədə, yaranmış bazar kapitallaşmanın azalması AGBI indeksinin enməsində öz əksini tapıb.

ACBDI indeksinin dəyişməməsi noyabrın 10-da ilkin not bazarında heç bir əməliyyatın keçirilməməsi ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR