Bank Of Baku

Neftin qiyməti yenidən yüksəlib

Neftin qiyməti yenidən yüksəlib
# 12 noyabr 2009 06:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Noyabrın 11-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 0,23 dollar və ya 0,3% artaraq 1 barelə görə 79,28 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, noyabrın 11-də ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,52 dollar artaraq 78,02 dollar təşkil edib.

Neftin bahalaşmasına səbəb olan əsas amillərdən biri kimi dünyanın ən iri neft istehlakçısı olan Çində istehsalatın həcminin oktyabr ayında illik müqayisədə 16,1%, pərakəndə satışın isə 16,2% artması barədə məlumatları qeyd etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR