Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,5%, Nasdaq isə 0,7% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,5%, Nasdaq isə 0,7% yüksəlib
# 12 noyabr 2009 07:14 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 11-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 10 291 bəndədək, S&P 500 0,5% - 1 099 bəndədək, Nasdaq isə 0,7% - 2 167 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, beləliklə noyabrın 11-də Dow Jones indeksi cari ildəki maksimumunu yeniləyib.

ABŞ fond bazarına iki əsas amil müsbət təsir edib. İlk növbədə Federal Ehtiyat Sisteminin rəsmiləri bəyan ediblər ki, aşağı faiz dərəcələri hələ də uzun müddət qüvvədə qalacaq. Bundan əlavə məlum olub ki, Çində istehsalatın həcmi oktyabr ayında illik müqayisədə 16,1%, pərakəndə satış isə 16,2% artıb.

Avropa fond bazarlarında noyabrın 11-də FTSE 100 indeksi 0,7% - 5 267 bəndədək, Fransa CAC-0-ı 0,7% - 3 810 bənd, Almaniya DAX-ı isə 0,9% - 5 661 bəndədək yüksəlib. Avropa fond bazarlarında kotirovkaların yüksəlməsi «Credit Agricole» bankın və «Holcim» sement istehsal edən şirkətin müsbət hesabatlarının təsiri altında baş verib. «Credit Agricole»un səhmləri 5,2%, «Holcim»in səhmləri 3,9%, «BHP Billiton»un səhmləri 2,7%, «Rio Tinto»nun səhmləri 3% bahalaşıb.

Noyabrın 11-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% artaraq 1 114,6 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4991 (+0,04%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR