Bank Of Baku

Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 13 noyabr 2009 06:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Noyabrın 12-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 2,34 dollar və ya 3% azalaraq 1 barelə görə 76,94 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, noyabrın 12-də ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,93 dollar azalaraq 76,02 dollar təşkil edib.

Neftin ucuzlaşmasına ABŞ-da neft ehtiyatlarının artması səbəb olub. Belə ki, ötən həftə ərzində xam neft ehtiyatları 1,8 mln. barel artaraq 337,7 mln. barelə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR