Bank Of Baku

Dow Jones indeksi 0,9%, S&P 500 1%, Nasdaq isə 0,8% enib

Dow Jones indeksi 0,9%, S&P 500 1%, Nasdaq isə 0,8% enib
# 13 noyabr 2009 07:14 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 12-də Amerika fond bazarında Dow Jones indeksi 0,9% - 10 197 bəndədək, S&P 500 1% - 1 087 bəndədək, Nasdaq isə 0,8% - 2 149 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsi neftin ucuzlaşması və bunun ardınca neft-qaz, dağ-mədən və servis şirkətlərinin səhmlərinin ucuzlaşması nəticəsində baş verib. Qeyd edək ki, noyabrın 12-də neftin qiyməti 3% enib.

Avropa fond bazarlarında noyabrın 12-də FTSE 100 indeksi 0,8% - 5 296 bəndədək yüksəlib, Fransa CAC-0-ı 0,2% - 3 808 bənd, Almaniya DAX-ı isə 0,8% - 5 664 bəndədək enib. Avropa fond bazarlarında kotirovkaların dinamikasında vahid tendensiya olmayıb, lakin bazar əsasən neft bazarında baş verən ucuzlaşmanın təsiri altında olub. Nəticədə, BP-nin səhmləri 0,9%, «Royal Dutch Shell»in səhmləri 0,8%, «BG Group»un səhmləri 1%, «Tullow Oil»un səhmləri 1,8%, «Total»in səhmləri 0,5%, «Statoil»un səhmləri 0,7%, «BHP Billiton»un səhmləri 0,9%, «Antofagasta»nın səhmləri 1%, «Rio Tinto»nun səhmləri 0,6%, «Eurasian Natural Resources»un səhmləri 1,7% ucuzlaşıb.

Noyabrın 12-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% azalaraq 1 106,6 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4863 (-0,85%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR