Bank Of Baku

Dow Jones indeksi 0,7%, S&P 500 0,5%, Nasdaq isə 0,8% yüksəlib

Dow Jones indeksi 0,7%, S&P 500 0,5%, Nasdaq isə 0,8% yüksəlib
# 16 noyabr 2009 07:16 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 13-də Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 10 271 bəndədək, S&P 500 0,5% - 1 093 bəndədək, Nasdaq isə 0,8% - 2 168 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsi əsasən korporativ xəbərlərin açıqlanması nəticəsində baş verib. Eyni zamanda, müəyyən dərəcə mənfi olan makroiqtisadi göstəricilərə görə indekslər üzrə geriləmə baş verib.

Avropa fond bazarlarında noyabrın 13-də FTSE 100 indeksi 0,4% - 5 296 bəndədək, Fransa CAC-0-ı 0,1% - 3 806 bənd enib, Almaniya DAX-ı isə 0,4% - 5 687 bəndədək yüksəlib. Avropada indekslərinin dinamikasına Avropa İttifaqının iqtisadi geriləmədən çıxması barədə məlumat və ABŞ-ın mənfi makroiqtisadi göstəriciləri təsir edib.

Noyabrın 13-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,9% artaraq 1 116,6 dollara çatıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4966 (+0,7%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR