Bank Of Baku

Dow Jones indeksi 1,3%, S&P 500 1,4%, Nasdaq isə 1,3% yüksəlib

Dow Jones indeksi 1,3%, S&P 500 1,4%, Nasdaq isə 1,3% yüksəlib
# 17 noyabr 2009 08:51 (UTC +04:00)
Bakı - APA-Economics. Noyabrın 16-da Amerika fond bazarında Dow Jones indeksi 1,3% - 10407 bəndədək, S&P 500 1,4% - 1109 bəndədək, Nasdaq isə 1,3% - 2198 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, hərraca ABŞ-ın iqtisadi göstəriciləri və Federal Ehtiyat Sisteminin başçısının bəyanatı təsir göstərib. Belə ki, ABŞ-da pərakəndə satışın həcmi oktyabrda 1,4% artıb, halbuki analitiklər bu göstəricini 0,9% səviyyəsində proqnozlaşdırırdılar. Federal Ehtiyat Sisteminin başçısı Ben Bernanke isə qeyd edib ki, faiz dərəcələrinin aşağı səviyyədə saxlanacağı barədə bəyanatlara baxmayaraq, ABŞ-ın Mərkəzi Bankı dolların zəifləməsini də diqqət mərkəzində saxlayacaq.

Avropa bazarlarında Britaniya FTSE 100 indeksi 1,63% - 5382,67 bəndədək, Fransa CAC-40-ı 1,50% - 3863,16 bəndədək, Almaniya DAX-ı isə 2,07% - 5804,82 bəndədək möhkəmlənib. Hərracın gedişində «BG Group», BP, «Royal Dutch Shell» və «Total» şirkətlərinin qiymətli kağızları 1,1-2,3% bahalaşıb. Qeyd edək ki, Avropada avtomobillərin satış həcmi 11% artıb ki, bu da son 3 ildə maksimal aylıq artımdır. Bunun fonunda «Daimler»in səhmləri 4,8%, «Peugeot Citroen»in 4,5% bahalaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4971 dollar (+0,03%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR