Bank Of Baku

Bakı Fond Birjasında 5 mln. manatdan artıq DQİ yerləşdirilşib

Bakı Fond Birjasında 5 mln. manatdan artıq DQİ yerləşdirilşib
# 18 noyabr 2009 07:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10108222S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 3 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 5 003 800 manat təşkil edib. Sifarişlər 99,88% (gəlirlik 1,25%) qiymətilə təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti və orta ölçülmüş qiymətlər emitent tərəfindən 99,88% (gəlirlik 1,25%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 5 003 800 manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən dekabr ayının 22-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR