Bank Of Baku

Dow Jones indeksi 0,3%, S&P 500 0,1%, Nasdaq isə 0,2% yüksəlib

Dow Jones indeksi 0,3%, S&P 500 0,1%, Nasdaq isə 0,2% yüksəlib
# 18 noyabr 2009 07:30 (UTC +04:00)
Bakı - APA-Economics. Noyabrın 17-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 10437 bəndədək, S&P 500 0,1% - 1110 bəndədək, Nasdaq isə 0,2% - 2204 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, hərraca ABŞ-ın iqtisadi göstəriciləri təsir göstərib. Belə ki, oktyabrda ABŞ istehsalçılarının qiymətləri 0,5% proqnoza qarşı 0,3% artıb. Bu isə o deməkdir ki, Federal Ehtiyat Sistemi tərəfindən pul-kredit siyasətinin sərtləşdirilməsinə hələ ehtiyac yoxdur. Lakin digər makroiqtisadi göstəricilər investorlar üçün əlverişli olmayıb. Sənaye istehsalının həcmi oktyabrda cəmi 0,1% yüksəlib ki, bu da analitiklərin proqnozlarından 0,3%, sentyabr ayının göstəricisindən isə 0,6% azdır.

Avropa bazarlarında Britaniya FTSE 100 indeksi 0,68% - 5345,93 bəndədək, Fransa CAC-40-ı 0,88% - 3829,06 bəndədək, Almaniya DAX-ı isə 0,45% - 5778,43 bəndədək düşüb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4882 dollar (-0,59%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR