Bank Of Baku

Dünya bazarında neft yenidən bahalaşıb

Dünya bazarında neft yenidən bahalaşıb
# 18 noyabr 2009 07:56 (UTC +04:00)
Bakı – APA-Economics. Noyabrın 17-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 0,24 dollar artaraq 1 barelə görə 79,14 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,21 dollar yüksələrək 78,97 dollar təşkil edib.

Qeyd edək ki, neftin bahalaşmasına Amerika Neft İnstitutunun məlumatı təsir edib. Belə ki, məlumata görə, ölkədə neftin kommersiya ehtiyatları 4,37 mln. barel – 333,1 mln. barelədək enib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR