Bank Of Baku

Bu gün BFB-da Azərbaycan Mərkəzi Bankının notları üzrə hərrac baş tutmayıb

Bu gün BFB-da Azərbaycan Mərkəzi Bankının notları üzrə hərrac baş tutmayıb
# 18 noyabr 2009 12:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50104521S seriyalı, ümumi həcmi 4 mln. manat, hərraca çıxarılan həcmi 3 mln. manat, bir notun nominal dəyəri 200 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 1 investorun iştirak etdiyi hərracda sifarişin nominal üzrə ümumi həcmi 1 499 200 manat təşkil edib. Sifariş 99,9029% (gəlirlik 1,25%) qiyməti ilə təqdim olunub. Hərrac 2-dən az investorun iştirakı nəticəsində rəqabətli qiymətin formalaşmaması səbəbindən emitent tərəfindən baş tutmamış hesab olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR