Bank Of Baku

Dow Jones indeksi 0,1%, S&P 500 0,1%, Nasdaq isə 0,5% enib

Dow Jones indeksi 0,1%, S&P 500 0,1%, Nasdaq isə 0,5% enib
# 19 noyabr 2009 06:15 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 18-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 10 426 bəndədək, S&P 500 0,1% - 1 110 bəndədək, Nasdaq isə 0,5% - 2 193 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsinə səbəb əsasən mənfi olan makroiqtisadi göstəricilər, o cümlədən yeni evlərin tikintisinin azalması, istehlak qiymətlərinin artması təsir göstərib.

Avropa fond bazarlarında noyabrın 18-də FTSE 100 indeksi 0,1% - 5 342 bəndədək, Fransa CAC-0-ı 0,02% - 3 828 bənd enib, Almaniya DAX-ı isə 0,2% - 5 788 bəndədək yüksəlib. ABŞ-ın mənfi makroiqtisadi göstəriciləri Avropada indekslərin dinamikasına da analoji təsir göstərib.

Noyabrın 18-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% azalaraq 1 136,2 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4930 (+0,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR