Bank Of Baku

Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 20 noyabr 2009 06:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Noyabrın 19-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 2,12 dollar və ya 2,7% azalaraq 1 barelə görə 77,46 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, noyabrın 19-da ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelin dəyəri isə 1,83 dollar azalaraq 77,64 dollar təşkil edib.

Neftin ucuzlaşması ABŞ və Avropa fond bazarlarında kotirovkaların enməsi ilə müşayiət olunub. Qeyd edək ki, noyabrın 19-da ABŞ-ın aparıcı indeksləri orta hesabla 1,3%, Avropa indeksləri isə 1,5% enib ki, bu da neft bazarı iştirakçıları arasında nikbinliyi azaldıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR