Bank Of Baku

Dow Jones indeksi 0,9%, S&P 500 1,3%, Nasdaq isə 1,6% enib

Dow Jones indeksi 0,9%, S&P 500 1,3%, Nasdaq isə 1,6% enib
# 20 noyabr 2009 06:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 19-da Amerika fond bazarında Dow Jones indeksi 0,9% - 10 333 bəndədək, S&P 500 1,3% - 1 095 bəndədək, Nasdaq isə 1,6% - 2 157 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarının investorları arasında fond indekslərinin səviyyəsi iqtisadiyyatda olan real vəziyyəti əks etdirmir. Belə ki, ötən həftə ərzində ABŞ-da işsizlik üzrə ilkin müraciətlərin sayının əvvəlki həftəyə nisbətən artmaması və 505 min təşkil etməsi barədə məlumatlara investorlar əhəmiyyət verməyib, halbuki son zamanlar mənfi olmayan göstəricilər adətən müsbət qarşılanaraq kotirovkaların yüksəlməsinə səbəb olub.

Avropa fond bazarlarında noyabrın 19-da FTSE 100 indeksi 1,4% - 5 268 bəndədək, Fransa CAC-0-ı 1,8% - 3 760 bəndədək, Almaniya DAX-ı isə 1,5% - 5 702 bəndədək enib. Avropa fond bazarlarına isə bir sıra iri şirkət barədə mənfi xəbərlər təsir edib. Nəticədə, «Credit Agricole», «Credit Suisse», «Deutsche Bank», UBS və «Commerzbank»ın səhmləri 2,3-2,7%, «Infineon», «ASML Holdings», «Nokia», «Ericsson» və «Alcatel-Lucent» texnoloji şirkətlərin səhmləri 2,2-6,8% ucuzlaşıb.

Noyabrın 19-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% artaraq 1 141,9 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4903 (-0,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR