Bank Of Baku

Dow Jones indeksi 0,1%, S&P 500 0,3%, Nasdaq isə 0,5% enib

Dow Jones indeksi 0,1%, S&P 500 0,3%, Nasdaq isə 0,5% enib
# 23 noyabr 2009 07:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 20-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 10 319 bəndədək, S&P 500 0,3% - 1 091 bəndədək, Nasdaq isə 0,5% - 2 146 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, ABŞ fond bazarının investorlarına Avropa Mərkəzi Bankının rəhbəri Jan-Klod Trişenin Avropa bank sisteminə likvidlik dəstəyinin artırılması üzrə stimullaşdırma proqramının yaxın zamanlarda dayandırılması barədə bəyanatı mənfi təsir göstərib. Bu səbəbdən investorlar yenidən səhmlərdən daha təhlükəli olan aktivlərə, o cümlədən dövlət istiqrazlarına və qızıla investisiyalar yönəltməyə başlayıb.
Həmin amil Avropa fond bazarlarına da mənfi təsir edib. Belə ki, noyabrın 20-da FTSE 100 indeksi 0,3% - 5 251 bəndədək, Fransa CAC-0-ı 0,8% - 3 729 bəndədək, Almaniya DAX-ı isə 0,7% - 5 663 bəndədək enib.
Noyabrın 20-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% artaraq 1 146,8 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4898 (-0,03%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR