Bank Of Baku

Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 23 noyabr 2009 07:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 20-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 0,74 dollar və ya 1% azalaraq 1 barelə görə 76,72 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, noyabrın 20-də ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,44 dollar azalaraq 77,20 dollar təşkil edib.

Neftin ucuzlaşması ABŞ və Avropa fond bazarlarında kotirovkaların mənfi dinamikası ilə əlaqəli olub. Qeyd edək ki, noyabrın 20-də ABŞ-ın aparıcı indekslərinin orta hesabla 0,2%, Avropa indeksləri isə 0,6% enib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR