Bank Of Baku

Bakı Fond Birjasında 10208422S seriyalı 7 235,2 min manatlıq DQİ emissiyası yerləşdirilib

Bakı Fond Birjasında 10208422S seriyalı 7 235,2 min manatlıq DQİ emissiyası yerləşdirilib
# 23 noyabr 2009 12:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10208422S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 4 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 7 285 600 manat təşkil edib. Sifarişlər 99,56% (gəlirlik 1,77%) – 99,59% (gəlirlik 1,65%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri 99,57% (gəlirlik 1,73%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 7 235,2 min manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2010-cu ilin fevralın 19-da icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR