Bank Of Baku

Dow Jones indeksi 1,3%, S&P 500 1,3%, Nasdaq isə 1,4% yüksəlib

Dow Jones indeksi 1,3%, S&P 500 1,3%, Nasdaq isə 1,4% yüksəlib
# 24 noyabr 2009 07:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 23-də Amerika fond bazarında Dow Jones indeksi 1,3% - 10 451 bəndədək, S&P 500 1,3% - 1 106 bəndədək, Nasdaq isə 1,4% - 2 176 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsinin bir neçə səbəbi olub. Buraya Avropa fond bazarlarında kotirovkaların yüksəlməsi, Federal Ehtiyat Sisteminin (FES) bəyanatı və ölkənin əmlak bazarına dair xəbərləri aid etmək olar.
Qeyd edək ki, FES-in rəsmisi Ceyms Bullard bəyan edib ki, FES ipoteka istiqrazlarının geri alınması proqramının 2010-cu ilin I rübündən sonra da davam etdirilməsini dəstəkləyir. ABŞ daşınmaz əmlak bazarında isə oktyabr ayında evlərin təkrar bazarda satışı 5,57 mln. evdən 6,1 mln.-a çatıb.
Avropa fond bazarlarında noyabrın 23-də FTSE 100 indeksi 2% - 5 356 bəndədək, Fransa CAC-0-ı 2,3% - 3 813 bəndədək, Almaniya DAX-ı isə 2,4% - 5 802 bəndədək yüksəlib. Avropa bazarlarında “BHP”-nin səhmləri 3%, “Renault”un səhmləri 3,8%, “Royal Dutch Shell”in səhmləri 2,4%, “Cadbury”nin səhmləri 1,8 % bahalaşıb.
Noyabrın 23-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,6% artaraq 1 164,7 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4946 (+0,32%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR