Bank Of Baku

Neftin ucuzlaşması dayanıb

Neftin ucuzlaşması dayanıb
# 24 noyabr 2009 07:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 23-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 0,09 dollar və ya 0,1% artaraq 1 barelə görə 77,56 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, noyabrın 23-də ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,26 dollar artaraq 77,46 dollar təşkil edib.

Neftin bir qədər bahalaşması ABŞ-ın daşınmaz əmlak bazarından müsbət xəbərlərlə bağlı olub. Belə ki, oktyabr ayında evlərin satışı sentyabrla müqayisədə 9,5% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR