“APA-Economics”in məlumatına görə, noyabr ayında qızıl yalnız bir ticarət sessiyasında ucuzlaşıb və ümumilikdə ay ərzində qızılın bahalaşması 124,3 dollar və ya 12% təşkil edib:
Qızıla olan tələbatın artmasını dünyada inflyasiya, dolların ucuzlaşması və səhm bazarında kotirovkaların enməsindən sığortalanma cəhdi ilə əlaqələndirən mütəxəssislər hazırda müşahidə olunan bahalaşmanı misli görünməmiş hadisə kimi qiymətləndirirlər.
Analitiklərin fikrincə, qızıl bazarında qiymətlərin artımı davam edəcək. Hətta qızılın 2010-cu ilin ilk rübündə 1 400 dollaradək bahalaşacağını proqnozlaşdıran mütəxəssislər hazırda müşahidə olunan dinamika saxlandığı halda, cari ilin sonuna kimi bu səviyyəyə çatacağını da istisna etmirlər.