Bank Of Baku

Bu gün BFB-da 10308522S seriyalı 2 197,8 min manatlıq DQİ emissiyası yerləşdirilib

Bu gün BFB-da 10308522S seriyalı 2 197,8 min manatlıq DQİ emissiyası yerləşdirilib
# 24 noyabr 2009 12:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10308522S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 2 197,8 min manat təşkil edib. Sifariş 98,91% (gəlirlik 2,21%) qiymətdə təqdim olunub. Emitent tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri 98,91% (gəlirlik 2,21%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə istiqrazların nominal üzrə reallaşdırılmış həcmi, o cümlədən 357 800 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla 2 197,8 min manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2010-cu ilin mayın 25-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR