Bank Of Baku

AGBI indeksi 0,9037, ACBDI indeksi isə 1,0000 təşkil edib

AGBI indeksi 0,9037, ACBDI indeksi isə 1,0000 təşkil edib
# 25 noyabr 2009 07:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,1518 bənd və ya 14,38% azalaraq 2009-cu il noyabrın 25-nə 0,9037 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə dəyişməyib və 1,0000 təşkil edib.

Noyabrın 24-də məcmu 19,5 mln. manat olan dövlət istiqrazların iki buraxılışı dövriyyədən çıxarılıb və 6,446 mln. manatlıq bir emissiya yerləşdirilib ki, nəticədə yaranmış bazar kapitallaşmanın azalması AGBI indeksin enməsində əks olunub.

ACBDI indeksin dəyişməməsi noyabrın 24-də notlar üzrə ilkin bazarında heç bir əməliyyatın aparılmaması ilə bağlı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR