Bank Of Baku

Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 25 noyabr 2009 07:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 24-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 1,54 dollar və ya 2% azalaraq 1 barelə görə 76,02 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, noyabrın 24-də ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelin dəyəri isə 1,00 dollar azalaraq 76,46 dollar təşkil edib.

Neftin ucuzlaşması ABŞ-ın gözləntilərdən mənfi olan bir sıra makroiqtisadi göstəriciləri və nəticədə yaxın zamanlarda neftə tələbatın artması barədə nikbinliyin azalması ilə bağlı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR