Bank Of Baku

Dow Jones indeksi 0,1%, S&P 500 0,1%, Nasdaq isə 0,3% enib

Dow Jones indeksi 0,1%, S&P 500 0,1%, Nasdaq isə 0,3% enib
# 25 noyabr 2009 07:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 24-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 10 434 bəndədək, S&P 500 0,1% - 1 106 bəndədək, Nasdaq isə 0,3% - 2 169 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında ticarət sessiyasının ilk yarısında kotirovkaların kəskin enməsi baş verib, lakin sonradan dolların ucuzlaşması və ölkənin 2010-cu il üçün ÜDM proqnozunun artması barədə məlumatlar nəticəsində tendensiya müsbətə doğru dəyişib.
Avropa fond bazarlarında noyabrın 24-də FTSE 100 indeksi 0,6% - 5 324 bəndədək, Fransa CAC-0-ı 0,8% - 3 785 bəndədək, Almaniya DAX-ı isə 0,6% - 5 769 bəndədək enib. Avropa bazarlarında kotirovkaların enməsi əsasən bir sıra iri şirkətlərin mənfi olan hesabat və informasiyalarının açıqlanması səbəbindən baş verib.
Noyabrın 24-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% artaraq 1 165,8 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4996 (+0,34%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR