Bank Of Baku

Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının 2 500,8 min manatlıq notları yerləşdirilib

Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının 2 500,8 min manatlıq notları yerləşdirilib
# 25 noyabr 2009 13:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50104621S seriyalı, ümumi həcmi 4 mln. manat, hərraca çıxarılan həcmi 3 mln. manat, bir notun nominal dəyəri 200 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 2 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 2 500,8 min manat təşkil edib. Sifarişlər 99,9226% (gəlirlik 1,00%) qiymətdə təqdim olunub. Emitent tərəfindən notların rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri 99,9226% (gəlirlik 1,00%) səviyyəsində müəyyənləşdirilib.

Nəticədə notların nominal üzrə reallaşdırılmış həcmi 2 500,8 min manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu il dekabrın 23-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR