Bank Of Baku

Neftin qiyməti artıb

Neftin qiyməti artıb
# 26 noyabr 2009 07:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Noyabrın 25-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 1,94 dollar və ya 2,6% artaraq 1 barelə görə 77,96 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, noyabrın 25-də ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,98 dollar artaraq 78,44 dollar təşkil edib.

Neftin bahalaşması ilk növbədə ABŞ-da neft ehtiyatlarının real artımının proqnozlardan aşağı səviyyədə olması nəticəsində baş verib. Belə ki, ABŞ-ın Energetika Nazirliyinin məlumatına görə, ötən həftə xam neft ehtiyatları 1 mln. barel artıb, halbuki analitiklərin gözləntilərinə görə, bu göstərici 1,4 mln. barel artmalı idi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR