Bank Of Baku

Dow Jones indeksi 0,3%, S&P 500 0,4%, Nasdaq isə 0,3% yüksəlib

Dow Jones indeksi 0,3%, S&P 500 0,4%, Nasdaq isə 0,3% yüksəlib
# 26 noyabr 2009 07:12 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 25-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 10 464 bəndədək, S&P 500 0,4% - 1 111 bəndədək, Nasdaq isə 0,3% - 2 176 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, noyabrın 25-də ABŞ fond bazarına bir sıra müsbət makroiqtisadi göstəricilərin təsiri və Şükranlıq Günü ərəfəsində passivlik müşahidə olunub.

Avropa fond bazarlarında noyabrın 25-də FTSE 100 indeksi 0,8% - 5 365 bəndədək, Fransa CAC-0-ı 0,7% - 3 809 bəndədək, Almaniya DAX-ı isə 0,6% - 5 803 bəndədək yüksəlib. Avropa bazarlarında kotirovkaların yüksəlməsi daha çox farmasevtik və dağ-mədən şirkətləri üzrə baş verib. Belə ki, «GlaxoSmithKline»in səhmləri 1,4%, «Novartis»in səhmləri 0,5%, «AstraZeneca»nın səhmləri 2,5%, «Roche Holding»in səhmləri 0,5%, «Sanofi-Aventis»in səhmləri 1,6%, «Anglo American»ın səhmləri 2,7%, «Antofagasta»nın səhmləri 2,5%, «BHP Billiton»un səhmləri 3,1%, «Lonmin»in səhmləri 3,2%, «Xstrata»nın səhmləri 1,4% bahalaşıb.

Noyabrın 25-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,8% artaraq 1 187 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,5112 (+0,77%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR