Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi isə 0,9443 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi isə 0,9443 təşkil edib
# 26 noyabr 2009 07:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0964 bənd və ya 10,67% artaraq 2009-cu ilin noyabr ayının 26-na 1,0001 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə 0,0557 bənd və ya 5,57% azalaraq 0,9443 təşkil edib.

Noyabrın 25-də 3 mln. manat olan notların bir buraxılışı dövriyyədən çıxarılıb və 2,5 mln. manatlıq bir emissiya yerləşdirilib. Nəticədə, bazar kapitallaşmasının azalması ACBDI indeksin enməsində əks olunub.

AGBI indeksinin artması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR