Bank Of Baku

Neftin qiyməti yenidən düşüb

Neftin qiyməti yenidən düşüb
# 27 noyabr 2009 07:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Noyabrın 26-da ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelin dəyəri 1,45 dollar və ya 1,9% azalaraq 76,99 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, noyabrın 26-da ABŞ-da Şüküranlıq Günü münasibəti ilə Nyu-Yorkun NYMEX əmtəə birjasında ticarət aparılmayıb. Əvvəlki günün yekünlatına görə isə WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 77,96 dollar səviyyəsində müəyyənləşib.

Neftin ucuzlaşması Avropa fond bazarlarında kotirovkaların kəskin enməsi ilə bağlı olub. Belə ki, noyabrın 26-da Avropanın əsas fond indeksləri orta hesabla 3,3% düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR