Bank Of Baku

Avropa fond indeksləri kəskin enib

Avropa fond indeksləri kəskin enib
# 27 noyabr 2009 07:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avropa fond bazarlarında noyabrın 26-da FTSE 100 indeksi 3,2% - 5 194 bəndədək, Fransa CAC-0-ı 3,4% - 3 679 bəndədək, Almaniya DAX-ı isə 3,3% - 5 614 bəndədək enib. “APA-Economics”in məlumatına görə, Avropa bazarlarında kotirovkaların enməsinə əsas səbəb Dubayın ən iri investisiya şirkətlərindən biri olan “Dubai World” barədə mənfi məlumatlar olub. Belə ki, şirkət bir neçə milyard dollarlıq borcunun ödənilməsinin təxirə salınması xahişi ilə kreditorlarına müraciət edib. Bu xəbər fond bazarları iştirakçıları arasında böyük çaxnaşma yaradıb.
Nəticədə, ilk növbədə, bankların və neft şirkətlərin kotirovkaları enib. Məsələn, “BNP Paribas”ın səhmləri 5,1%, “Banco Santander”in səhmləri 3,3%, “Barclays”ın səhmləri 8%, HSBC-nin səhmləri 4,8%, “Credit Suisse”in səhmləri 5,4%, “UniCredit”in səhmləri 4,9%, “Deutsche Bank”ın səhmləri 6,4%, BP-nin səhmləri 2,7%, “BG Group”un səhmləri 3,6%, “Royal Dutch Shell”in səhmləri 2,4%, “Repsol”un səhmləri 2,5%, “ENI”nin səhmləri 2,9%, “Total”in səhmləri 2,4% ucuzlaşıb.
Noyabrın 26-da Şüküranlıq Günü münasibəti ilə Amerika fond bazarında ticarət aparılmayıb. Əvvəlki günün yekunlarına görə, Dow Jones indeksi 10 464 bənd, S&P 500 1 111 bənd, Nasdaq isə 2 176 bənd səviyyəsində müəyyənləşib.
Noyabrın 26-da həmçinin NYMEX-də qızıl üzrə də ticarət aparılmayıb. Əvvəlik günün kotirovkasına əsasən isə qızılın bir unsiyasının qiyməti 1 187 dollara bərabərdir.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4966 (-0,97%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR