Bank Of Baku

Dow Jones indeksi 0,3%, S&P 500 0,4%, Nasdaq isə 0,3% yüksəlib

Dow Jones indeksi 0,3%, S&P 500 0,4%, Nasdaq isə 0,3% yüksəlib
# 01 dekabr 2009 06:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 30-da Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 10 345 bəndədək, S&P 500 0,4% - 1 096 bəndədək, Nasdaq isə 0,3% - 2 145 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarı «Dubai World» İnvestisiya Fondu barədə xəbərlərin təsiri altında olub. Xatırladaq ki, Dubayın ən iri maliyyə qurumlarından olan bu investisiya fondu ötən həftə öz kreditorlarından borcların qaytarılması üçün əlavə vaxt istəyib. Qeyd edək ki, borcların həcmi təxminən 59 mlrd. dollara bərabərdir, kreditorların sırasında 70-ə yaxın beynəlxalq maliyyə qurumu, o cümlədən «Royal Bank of Scotland», HSBC, «Barclays» və s. var. Bu xəbərlər investorlar tərəfindən mənfi qarşılanıb, lakin ticarət əməliyatları zamanı açıqlanmış bir sıra müsbət makroiqtisadi göstərici indekslərin yüksəlməsini təmin edib.

Avropa fond bazarlarında noyabrın 30-da FTSE 100 indeksi 0,9% - 5 197 bəndədək, Fransa CAC-0-ı 0,7% - 3 680 bəndədək, Almaniya DAX-ı isə 1% - 5 627 bəndədək enib. «Dubai World» fondu barədə məlumatlar Avropa bazarlarına da mənfi təsir edib ki, ABŞ bazarından fərqli olaraq, burada tarazlaşdırıcı göstərici və amillər olmadığından indekslərin enməsi baş verib.

Noyabrın 30-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% artaraq 1 181,1 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,5013 (-0,37%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR