Bank Of Baku

Bu gün BFB-da 5 075,4 min manatlıq DQİ emissiyası yerləşdirilib

Bu gün BFB-da 5 075,4 min manatlıq DQİ emissiyası yerləşdirilib
# 01 dekabr 2009 14:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10108622S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, sifarişlər 5 investor tərəfindən təqdim olunub. Sifarişin nominal üzrə ümumi məbləği 5 075 400 manat təşkil edib. Sifarişlər 99,88% (gəlirlik 1,25%) qiymət ilə təqdim edilib. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti Maliyyə Nazirliyi tərəfindən 99,88% (gəlirlik 1,25%), orta ölçülmüş qiymət – 99,88% (gəlirlik 1,25%) səviyyəsində müəyyən edilib. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 5 075 400 manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2010-cu ilin yanvarın 5-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR