Bank Of Baku

Neftin bahalaşması davam edir

Neftin bahalaşması davam edir
# 02 dekabr 2009 06:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dekabrın 1-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 1,09 dollar və ya 1,4% artaraq 1 barelə görə 78,37 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, dekabrın 1-də ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,88 dollar artaraq 79,35 dollar təşkil edib.

Neftin bahalaşması ABŞ və Avropa fond bazarlarında kotirovkaların yüksəlməsi ilə bağlı olub. Belə ki, ABŞ-ın əsas fond indeksləri orta hesabla 1,3%, Avropada isə 2,5% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR