Bank Of Baku

Dow Jones indeksi 1,2%, S&P 500 1,2%, Nasdaq isə 1,4% yüksəlib

Dow Jones indeksi 1,2%, S&P 500 1,2%, Nasdaq isə 1,4% yüksəlib
# 02 dekabr 2009 06:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 1-də Amerika fond bazarında Dow Jones indeksi 1,2% - 10 472 bəndədək, S&P 500 1,2% - 1 109 bəndədək, Nasdaq isə 1,4% - 2 176 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, Dubayın «Dubai World» investisiya fondu tərəfindən kreditor banklarla danışıqların aparılması barədə məlumatlar ABŞ-ın fond bazarına müsbət təsir edib. Qeyd edək ki, fond 59 mlrd. dollarlıq borcun 26 mlrd. dollarlıq hissəsinin ödənilməsi üçün kreditorlardan əlavə vaxt istəyir.

Avropa fond bazarlarında dekabrın 1-də FTSE 100 indeksi 2,3% - 5 312 bəndədək, Fransa CAC-0-ı 2,6% - 3 776 bəndədək, Almaniya DAX-ı isə 2,7% - 5 777 bəndədək yüksəlib. Avropa bazarlarına da «Dubai World» fondunun defolt ehtimalının azalması barədə məlumatlar müsbət təsir edib.

Dekabrın 1-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,5% artaraq 1 199,1 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,5077 (+0,43%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR