Bank Of Baku

AGBI indeksi 1,0638, ACBDI indeksi isə 1,0000 təşkil edib

AGBI indeksi 1,0638, ACBDI indeksi isə 1,0000 təşkil edib
# 02 dekabr 2009 07:39 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0633 bənd və ya 6,33% artaraq 2009-cu ilin dekabr ayının 2-nə 1,0638 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə 0,0001 bənd və ya 0,01% azalaraq 1,000 təşkil edib.

Dekabrın 1-də 5,075 mln. manat və 3 mln. manat miqdarında dövlət istiqrazlarının iki buraxılışı yerləşdirilib ki, nəticədə bazar kapitallaşmasının genişlənməsi AGBI indeksinin yüksəlməsində öz əksinin tapıb.

ACBDI indeksinin azalması gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR