Bank Of Baku

Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 03 dekabr 2009 06:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dekabrın 2-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 1,77 dollar və ya 2,3% azalaraq 1 barelə görə 76,60 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, dekabrın 2-də ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,47 dollar azalaraq 77,88 dollar təşkil edib.

Neftin ucuzlaşmasının əsas səbəbi ABŞ-da neft ehtiyatlarının artması olub. Belə ki, ötən həftə ərzində ölkənin xam neft ehtiyatları 2,1 mln. barel artaraq 339,9 mln. barelə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR