Bank Of Baku

Dow Jones indeksi 0,2% enib, S&P 500 0,03%, Nasdaq isə 0,4% yüksəlib

Dow Jones indeksi 0,2% enib, S&P 500 0,03%, Nasdaq isə 0,4% yüksəlib
# 03 dekabr 2009 06:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 2-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 10 453 bəndədək enib, S&P 500 0,03% - 1 109 bəndədək, Nasdaq isə 0,4% - 2 185 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, bazara təsir edən makroiqtisadi göstəricilər mənfi olub. Məsələn, ölkənin özəl sektorunda çalışanların sayı noyabr ayında 169 min azalıb, Federal Ehtiyat Sisteminin hesabatında isə inflyasiyanın olmadığı, pərakəndə istehlak və daşınmaz əmlak bazarlarında kiçik artımın olduğu, lakin bunun həm proqnozlardan aşağı səviyyədə olması, həm də qiymət sabitliyi qeyd olunub.

Avropa fond bazarlarında dekabrın 2-də FTSE 100 indeksi 0,3% - 5 327 bəndədək, Fransa CAC-0-ı 0,5% - 3 796 bəndədək, Almaniya DAX-ı isə 0,1% - 5 782 bəndədək yüksəlib. Avropa bazarlarında «Rio Tinto»nun səhmləri 2,6%, «BHP Billiton»un səhmləri 1%, «Xstrata»nın səhmləri 1,1% bahalaşıb, «BNP Paribas»ın səhmləri 1,3%, «Deutsche Bank»ın səhmləri 1,4%, «ING Bank»ın səhmləri 3% ucuzlaşıb.

Dekabrın 2-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,1% artaraq 1 212 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,5089 (+0,08%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR