Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi isə 0,6470 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi isə 0,6470 təşkil edib
# 03 dekabr 2009 07:11 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0637 bənd və ya 6% azalaraq 2009-cu ilin dekabr ayının 3-nə 1,0001 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə 0,3530 bənd və ya 35,3% azalaraq 0,6470 təşkil edib.

Dekabrın 2-də 3 mln. manat həcmində bir not buraxılışı dövriyyədən çıxarılıb və bazar kapitallaşması kəskin enib. Bu da ACBDI indeksinin düşməsində əksini tapıb.

AGBI indeksinin azalması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR