Bank Of Baku

Dow Jones indeksi 0,8%, S&P 500 0,8%, Nasdaq isə 0,5% enib

Dow Jones indeksi 0,8%, S&P 500 0,8%, Nasdaq isə 0,5% enib
# 04 dekabr 2009 06:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 3-də Amerika fond bazarında Dow Jones indeksi 0,8% - 10 366 bəndədək, S&P 500 0,8% - 1 100 bəndədək, Nasdaq isə 0,5% - 2 173 bəndədək enib. «APA-Economics»in məlumatına görə, kotirovkaların dinamikasına makroiqtisadi göstəricilər, Avropa Mərkəzi Bankının faiz dərəcəsini 1% səviyyədə saxlaması barədə qərarı və Federal Ehtiyat Sisteminin sədri Ben Bernankenin böhrandan sonra maliyyə sektorundan artıq likvidliyin götürülməsi üçün bütün imkanların olması barədə bəyanatı təsir edib. Belə ki, ötən həftə ərzində işsizlik üzrə ilkin müraciətlərin sayı 457 min təşkil edib ki, bu da proqnozdan 23 min azdır. Eyni zamanda, xidmət sahəsində fəallıq indeksi oktyabrla müqayisədə noyabrda 1,9 bənd azalaraq 48,7 bənd təşkil edib, halbuki analitiklər bu göstəricinin 52 bəndədək artmasını proqnozlaşdırır.

Avropa fond bazarlarında dekabrın 3-də FTSE 100 indeksi 0,3% - 5 313 bəndədək enib, Fransa CAC-0-ı 0,1% - 3 799 bəndədək yüksəlib, Almaniya DAX-ı isə 0,2% - 5 770 bəndədək enib. Avropa bazarların əsasən korporativ xəbərlərin təsiri altında olduğundan kotirovkaların dinamikasında vahid tendensiya olmayıb.

Dekabrın 3-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% artaraq 1 217,4 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,5057 (-0,21%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR